DİSK TƏMİRİ

Arzu olunmayan səbəblərdən bəzən disklərdə əyilmələr, gözlə görülməyən çatlar, kənar səthlərində qaralmalar və bir sira başqa qüsurlar yarana bilir. ROT-BALANS nizamı düzgün olduğu halda belə hər 6 aydan bir mütəxəssis yanına gedib disklərin müayinəsini həyata keçirməlisiniz. Disklərin şin oturan hissələri təmizlənməlidir. Sürətlə getdiyiniz halda çuxurlara düşüb-çıxma, görmədiyinz səbəbindən şinləri kənar obyektlərə vurma və s. hallarda disklərdə əyilmə baş verir. Bu kimi halların bir çoxunda avtomobillərinizdə tarazlıq pozulur, titrəmələr, sağa və ya sola çəkmələr baş verə bilir. Bunun nəticəsində də əyləcləmədə performans aşağı düşür. Nəticədə ciddi bir təhlükə ilə üz-üzə qalırsınız.

Zədələnmiş, sürtülmüş, qəza nəticəsində yayarsız hala düşmüş bütün diskləriniz düzəldilə bilər. Istər aliminium olsun istər dəmir. TOP SERVİS-də fəaliyyət göstərən usta Qabil bütün növ disklərin yüksək keyfiyyətlə təmirinə və rənglənməsinə təminat verir. Problemlərinizi peşəkarlarla həll edin!